Bakı 20˚C Sunny

BMT Əfqanıstanda yardım missiyasının müddətini altı ay uzadıb

Gündəm 22:52 17 sen, 2021

BMT Təhlükəsizlik Şurası Əfqanıstanda terrorla mübarizənin, həmçinin ölkə ərazisinin terrorçular tərəfindən istifadə edilməməsinin vacibliyini bir daha təsdiqləyir.

BMT Əfqanıstanda yardım missiyasının müddətini altı ay uzadıb

BMT Təhlükəsizlik Şurası Əfqanıstandakı yardım missiyasının müddətini daha altı ay, yəni 2022-ci il martın 17-dək uzadıb.

Qazet.az "RİA Novosti"yə istinadən xəbər verir ki, missiyanın səlahiyyət müddəti sentyabrın 17-də başa çatıb.

Bundan əvvəl missiyanın müddəti bir il yenilənirdi. Bu dəfə Estoniya və Norveç Təhlükəsizlik Şurasına missiyanın mandatının altı ay uzadılmasını təklif edən qətnamə layihəsi təqdim edib.

BMT Təhlükəsizlik Şurası Əfqanıstanda terrorla mübarizənin, həmçinin ölkə ərazisinin terrorçular tərəfindən istifadə edilməməsinin vacibliyini bir daha təsdiqləyir.

Qeyd edək ki, təşkilatın Əfqanıstandakı yardım missiyası 2002-ci ilin martın 28-də təsis edilib.