Bakı 24˚C Sunny

BMT Əfqanıstanın bank sistemi ilə bağlı xəbərdarlıq edib

Gündəm 14:05 22 noy, 2021

BMT inkişaf proqramına uyğun məsələ ilə bağlı üç səhifəlik məlumat hazırlayıb

BMT Əfqanıstanın bank sistemi ilə bağlı xəbərdarlıq edib

Əfqanıstan iqtisadiyyatının durumu bir çox ölkələri və təşkilatları narahat etməkdə davam edir.

Qazet.az xəbər verir ki, BMT də Əfqanıstan Mərkəzi Bankının valyuta ehtiyatlarının azad olunmasının lüzumu barədə xəbərdarlıq edib.

Beynəlxalq qurum ölkə banklarının dəstəklənməsi üçün təcili addımların atılmasını önəmli sayıb. 

BMT-dən bildirilib ki, götürülən krediti ödəyə bilməyənlərin sayının artması, əmanətlərin və nəğd əməliyyatların azalması bir neçə ay ərzində bu ölkənin maliyyə sisteminin çökməsinə səbəb ola bilər.

Beynəlxalq təşkilatın məlumatında Əfqanıstanın bank sisteminin çökməsinin  iqtisadi xərcinin və onun mənfi ictimai təsirinin olduqca böyük olacağı xüsusi vurğulanıb.