Bakı 7˚C Sunny

BMT hərbçimizi təltif etdi

Siyasət 11:06 05 yan, 2023
BMT hərbçimizi təltif etdi

BMT Cənubi Sudanda fəaliyyət göstərən Azərbaycan sülhməramlısını medalla təltif edib.

Qazet.az xəbər verir ki, bu barədə Azərbaycanın BMT-dəki nümayəndəliyi məlumat yayıb.

Qeyd olunub ki, mayor İlkin Xəlilov BMT-nin Cənubi Sudandakı Missiyasının hərbi üzvü kimi vəzifələrini layiqincə yerinə yetirdiyinə və sülhün qorunmasında xidmətlərinə görə BMT-nın medalı ilə təltif olunub.