BMT ilə əməkdaşlığa dair çərçivə sənədi imzalandı
Siyasət
15:50 14 noy, 2022
Azərbaycan hökuməti ilə BMT-nin Sənayenin İnkişafı Təşkilatı arasında 2022-2026-cı illər üzrə əməkdaşlığa dair çərçivə sənədi imzalanıb.
Qazet.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter"də bildirib.
"Sənəd təşkilatla əməkdaşlığın genişləndirilməsinə və ölkəmizdə dayanıqlı inkişaf məqsədlərinə xidmət edən mexanizmlərin icrasına töhfə verəcək", - deyə o, qeyd edib.
Azərbaycan Hökuməti ilə BMT-nin @UNIDO Sənaye İnkişafı Təşkilatı arasında 2022-2026-cı illər üzrə Əməkdaşlığa dair Çərçivə sənədinin imzalanması təşkilatla əməkdaşlığın genişləndirilməsi və ölkəmizdə dayanıqlı inkişaf məqsədlərinə xidmət edən mexanizmlərin icrasına töhfə verəcək. pic.twitter.com/Q7uh43a9mP
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 14, 2022