BMT İlon Maska səsləndi: "Sərvətinin yalnız 2 faizi aclığa son verə bilər"
Gündəm
17:08 27 okt, 2021
BMT Ümumdünya Ərzaq Proqramının direktoru Devid Bisli 42 milyon insanın aclıqdan ölmək təhlükəsi ilə üzləşdiyini söyləyib

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramının direktoru Devid Bisli dünyada 42 milyon insanın yaxın gələcəkdə aclıqdan öləcəyini bildirib.
Qazet.az "Haber Global"a istinadən verdiyi məlumata görə, Bisli müsahibəsində, xüsusilə, dünyanın iki ən zəngin insanı olan "Amazon"un qurucusu Ceff Bezos və "Tesla"nın baş direktoru İlon Mask haqqında danışıb.
O, İlon Maskın sərvətinin cəmi 2 faizini təşkil edən 6 milyard dollarla dünyadakı aclıq probleminin həll oluna biləcəyini söyləyib.