BMT İzyumdakı kütləvi məzarlıqlara missiya göndərəcək
Xəbərlər
05:34 17 sen, 2022
Birləşmiş Millətlər Təşkilatı (BMT) qurumun insan hüquqlarının monitorinqi agentliyinin missiyasını Ukraynanın işğaldan azad edilmiş İzyum şəhərinə göndərəcək.
Qazet.az xəbər verir ki, bu barədə CNN BMT-dəki mənbəsinə istinadən məlumat yayıb.
“Bunun ardınca müharibə cinayətləri üzrə istintaq qrupu da gələ bilər”, - mənbə bildirib.