BMT mina qurbanı olan əfqan uşaqlarından danışdı
Gündəm
19:40 11 noy, 2021
Noyabrın 7-si Əfqanıstanda mina partlayışı nəticəsində 3 nəfər uşaq ölmüş, digər 3-ü isə yaralanmışdır

BMT ərazilərin minalardan təmizlənməsi istiqamətində yerli orqanlara köməklik göstərir
Təşkilat elan edib ki, Əfqanıstanda ötən üç ayda aqressiyanın azalmasına rəğmən minaların və müharibələrdən qalmış partlayıcı maddələrin partlaması nəticəsində uşaqların ölməsi və yaralanması xəbərləri narahatedicidir.
BMT-nin müvafiq ofisindən verilən məlumata görə hələ də Əfqanıstanda uşaqlar minaların və müharibələrdən qalmış partlayıcı maddələrin qurbanına çevrilir.
Noyabrın 7-si Ərzqan vilayətində bir minanın partlaması nəticəsində 3 nəfər uşaq ölmüş, digər 3-ü isə yaralanmışdır.