BMT-nin Baş katibi ölkələri insan hüquqlarına hörmətlə yanaşmağa çağırıb
Xəbərlər
18:42 10 dek, 2022
BMT-nin Baş katibi Antonio Quterreş İnsan Hüquqları Günü münasibətilə bütün ölkələri insan hüquqlarına hörmətlə yanaşmağa, bu məsələni daim diqqət mərkəzində saxlamağa çağırıb.
Qazet.az-ın məlumatına görə, o, bu barədə tviter səhifəsində yazıb.
"İnsan hüquqları insan ləyaqətinin əsası, dinc, inklüziv və ədalətli cəmiyyətlərin təməl daşıdır. İnsan Hüquqları Günündə mən ölkələri, vətəndaş cəmiyyətini, özəl sektoru və başqalarını insan hüquqları məsələsini üzləşdiyimiz problemlərin həlli istiqamətində səylərin mərkəzinə qoymağa çağırıram”, - paylaşımda deyilir.