BMT-nin İqlim sammitinin iştirakçıları yekun bəyanatı razılaşdıra bilmirlər
Xəbərlər
00:38 20 noy, 2022
BMT-nin COP27 iqlim konfransının iştirakçıları yekun sənədin hazırlanmasındakı fikir ayrılıqlarını həll edə bilmirlər.
Bir sıra məsələlər üzrə mübahisələr bəyanatın imzalanmasına mane olur. Belə məsələlərdən biri də iqlim dəyişikliyindən əziyyət çəkən yoxsul ölkələrə yardımın göstərilməsidir.
Xatırladaq ki, BMT-nin beynəlxalq iqlim konfransı 2022-ci il noyabrın 6-dan 18-dək Misirin Şarm əl-Şeyx şəhərində keçirilib.
Mənbə: rossaprimavera.ru