BMT-nin nümayəndəsi: Əfqanıstanda İŞİD hücumları artıb
İŞİD-in Əfqanıstana silahlı hücumları artıb

BMT-nin Əfqanıstan üzrə nümayəndəsi Debora Layons bildirib ki, İŞİD qruplaşmasının bu il Əfqanıstana hücumları ötən il ilə müqayisədə xeyli artıb.
Qazet.az Fars xəbər agentliyinə istinadən xəbər verir ki, BMT-nin Təhlükəsizlik şurasının iclasında xanım Debora İŞİD-in fəaliyyətinin artmasını Talibanın bu qruplaşmanın qarşısını almaqda bacarıqsızlığı ilə izah edib.
"İŞİD bir vaxtlar Kabil və bir neçə vilayətlə məhdudlaşırdı, indi isə demək olar ki, bütün əyalətlərdə onun mövcudluğu nəzərə çarpır və artan şəkildə də fəaldır” deyə o bildirib.
BMT-nin Əfqanıstan üzrə nümayəndəsinin verdiyi məlumata əsasən İŞİD-in 2020-ci ildə Əfqanıstana 60 hücumu olub. Amma cari ildə bu qruplaşmaya 345 hücum aid edilib və ya İŞİD onların məsuliyyətini üzərinə götürüb.