BMT: Pandemiyada 160 milyon insan aclıqla üzləşib
Gündəm
12:02 15 okt, 2021
Kuşaqların təhsil prosesində də problemlər yaradıb
Bu barədə BMT sədri Antoniu Quterriş Pekində keçirilən Beynəlxalq Konfrans iştirakçılarına videomüraciətində bildirib.
Qazet.az xəbər verir ki, o, pandemiya səbəbindən 160 milyon insanın aclıqla üzləşdiyini, yoxsulluq həddinə çatdığını vurğulayıb.
Quterrişin sözlərinə görə, koronavirus uşaqların təhsil prosesində də problemlər yaradıb. 100 milyon azyaşlı tədris prosesindən kənarda qalmaq təhlükəsilə qarşılaşıb.