BMT rəsmisi Azərbaycana başsağlığı verib
Gündəm
23:53 30 noy, 2021
“Yaxınlarını itirən ailələrə dərin hüznlə başsağlığı verir"

“Xızıda faciəvi helikopter qəzası xəbəri kədərləndirdi”.
Qazet.az xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva özünün tviterdəki hesabında yazıb.
“Yaxınlarını itirən ailələrə dərin hüznlə başsağlığı verir. Xəsarət alanların tezliklə sağalmasını arzu edirik”, - BMT rəsmisi əlavə edib.
Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 2 nəfərin yaralanması, 14 nəfərin isə həlak olması faktı ilə bağlı Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.