Bakı 16˚C Partly sunny w/ showers

BMT "Taliban"ın nümayəndəliyi məsələsinə baxa bilər

Gündəm 11:15 23 sen, 2021

BMT "Taliban"ın nümayəndəlik məsələsinə baxa bilər

BMT "Taliban"ın nümayəndəliyi məsələsinə baxa bilər

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatının BMT-dəki təmsilçiliyinin reallaşması məsələsi noyabr ayından tez olmayacaq.

Qazet.az xəbər verir ki, bu barədə "İnterfaks"a BMT-dəki mənbə bildirib.

"Bu məsələdə tələsmək lazım deyil. Məsələ noyabr ayında müvafiq komitədə müzakirəyə çıxarılacaq", - mənbə bildirib.

Qeyd edək ki, ötən gün "Taliban" Əfqanıstan təmsilçisi kimi BMT Baş Assambleyasında çıxış üçün müraciət edib. "Taliban" avqustun ortalarında Əfqanıstanın paytaxtı Kabilə daxil olaraq, ölkədə hakimiyyəti ələ keçirdiyini elan edib. /Report.az