Bakı 5˚C Mostly cloudy

BMT TŞ dekabrda Ukrayna ilə bağlı iclas keçirəcək

Gündəm 00:07 02 dek, 2022
BMT TŞ dekabrda Ukrayna ilə bağlı iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası dekabrda Ukraynadakı vəziyyətlə bağlı iclas keçirəcək.

Qazet.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Hindistanın Təhlükəsizlik Şurasına sədrliyinin daimi nümayəndəsi Ruçira Kamboca bildirib.

"Ukrayna BMT Təhlükəsizlik Şurasının ciddi diqqət mərkəzindədir. Biz bütün tərəflərlə qarşılıqlı əlaqəni davam etdirəcəyik", - diplomat qeyd edib.