Bakı 6˚C Partly sunny

BMT TŞ-ın qeyri-daimi üzvlərinin nümayəndələri fəaliyyətə başlayıb

Gündəm 02:15 04 yan, 2023
BMT TŞ-ın qeyri-daimi üzvlərinin nümayəndələri fəaliyyətə başlayıb

BMT Təhlükəsizlik Şurasının 2023-2024-cü illər üçün qeyri-daimi üzvü seçilən beş ölkənin təşkilatdakı daimi nümayəndələri fəaliyyətə başlayıb.

Qazet.az xəbər verir ki, BMT-nin Nyu-Yorkdakı baş qərargah binasında baş tutan təqdimat mərasimdə Ekvador, Yaponiya, Malta, Mozambik və İsveçrənin BMT-dəki daimi nümayənləri ölkələrinin bayraqlarını Təhlükəsizlik Şurasına üzv olan digər ölkələrin bayraqları sırasına əlavə edilib.

Bununla da sözügedən ölkələr 2023-cü ilin yanvarından başlayaraq BMT-nin beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına cavabdeh olan orqanına qoşulub. İki il müddətinə qeyri-daimi üzvü seçilən beş ölkə BMT Təhlükəsizlik Şurasının işində iştirak edəcək.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası 15 dövlətdən ibarətdir. Onlardan beşi - Rusiya, Çin, ABŞ, Böyük Britaniya və Fransa Şuranın daimi üzvləridir və veto hüququ vardır. Şuranın 10 qeyri-daimi üzvü iki il müddətinə seçilir. Onlardan da beşi hər il dəyişdirilir.