Bakı 25˚C Mostly sunny

BMT TŞ Ukrayna ərazisindəki "referendum"la bağlı iclas keçirəcək

Gündəm 08:27 25 sen, 2022
BMT TŞ Ukrayna ərazisindəki "referendum"la bağlı iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası (TŞ) sentyabrın 27-də Ukrayna ərazisindəki "referendum"la bağlı iclas keçirəcək.

Qazet.az xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının proqramında deyilir.

İclas Ukrayna tərəfindən tələb olunub.

Tələbi Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergiy Kislitsa irəli sürüb. Kislitsa Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində "referendum"ların keçirilməsi məsələsinin müzakirə olunmasını təklif edib.

Ukrayna, həmçinin BMT-nin baş katibi Antoniu Quterreşi iclasda təqdimatla çıxış etməyə çağırıb.