Bakı 4˚C Windy

BNA hava şəraiti ilə əlaqədar sürət həddini endirib

Cəmiyyət 18:47 10 noy, 2021

Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib

BNA hava şəraiti ilə əlaqədar sürət həddini endirib

Hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh, Zığ dairəsi-Hava limanı yollarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saata endirilib.

Qazet.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

"Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə riayət etsinlər həmçinin meterioloji amilləri nəzərə alsınlar", - məlumatda deyilir.