Bakı 3˚C Showers

Boksçu Messini döyməklə hədələdi - FOTO/VİDEO

İdman 15:13 28 noy, 2022
Boksçu Messini döyməklə hədələdi - FOTO/VİDEO

Meksikalı boksçu Saul Alvares 2022-ci il futbol üzrə dünya çempionatının qrup mərhələsində argentinalı hücumçu Lionel Messini davranışına görə kəskin tənqid edib.

Qazet.az xəbər verir ki,  2:0 hesabı ilə Argentina yığmasının xeyrinə başa çatan oyundan sonra Messinin paltardəyişmə otağında Meksika millisinin formasına ayaqlarını sildiyini əks etdirən görüntülər yayılıb.

“Messinin Meksika forması ilə necə döşəmə sildiyini gördünüz? Messi Allaha dua etsin ki, onunla haradasa rastlaşmayım. Köynəyin yerdə olması Meksika üçün təhqirdir. Mən Argentinaya hörmət etdiyim kimi, Meksikaya da hörmət edilməsini istəyirəm. Söhbət bütün Argentinadan deyil, Messidən gedir”, - deyə Alvares sosial şəbəkələrdə yazıb.

Qeyd edək ki, meksikalılar üzərində qələbə sayəsində Argentina millisi turnirin pley-off mərhələsinə çıxmaq şanslarını qoruyub. Yığma topladığı üç xalla “C” qrupunda ikinci yeri tutur. Dördlüyə liderlik edən Polşa yığmasının dörd xalı var. Səudiyyə Ərəbistanı üç xal ilə üçüncü, Meksika isə bir xalla dördüncüdür.

Bu dördlükdə pley-offun taleyini həll edəcək qrup mərhələsinin üçüncü turunda argentinalılar Polşa, meksikalılar isə Səudiyyə Ərəbistanı ilə qarşılaşacaqlar.