Boksçularımız Polşada beynəlxalq turnirdə mübarizə aparacaq
İdman
13:16 07 noy, 2022
Noyabrın 9-da Polşanın Keltse şəhərində boks üzrə beynəlxalq turnir start götürəcək.
Azərbaycan Boks Federasiyasından Qazet.az-a verilən məlumata görə, 5 gün davam edəcək yarışda milli 13 idmançı ilə təmsil olunacaq.
Yığmanın məşqçilər korpusu yarışda Məsud Yusifzadə (51 kq), Ruslan Qədirov (54 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq), Eldar Əliyev, Alfonso Dominqes (hər ikisi 86 kq), Rauf Rəhimov (92 kq) və Məhəmməd Abdullayevə (+91 kq) şans verəcək.
Bu gün Polşaya yollanan boksçular noyabrın 14-də Vətənə dönəcək.
Qeyd edək ki, yarışın püşkü noyabrın 8-də atılacaq.