Bakı 6˚C Showers

Azərbaycan boksçusu dünya çempionatının finalında

İdman 10:55 05 noy, 2021

Asif Axundov klubunun üzvü gərgin keçən döyüşü 4:1 hesabı ilə aktivinə yazıb

Azərbaycan boksçusu dünya çempionatının finalında

Azərbaycan boksçusu Alfonso Dominqes Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında finala yüksəlib.

Qazet.az xəbər verir ki, 86 kiloqram çəki dərəcəsində mübarizə aparan Avropa Oyunlarının qalibi yarımfinalda kubalı Ruis Kordobanı məğlub edib.

Asif Axundov klubunun üzvü gərgin keçən döyüşü 4:1 hesabı ilə aktivinə yazıb. A.Dominqes həlledici qarşılaşmada braziliyalı Keno Maçadonu sınağa çəkəcək.

O, yarımfinaladək AİBA bayrağı altında çıxış edən Tavfiqulla Suleymani, rumıniyalı Pol Aradoae və rusiyalı Şarabutdin Atayevə qalib gəlib.

Digər boksçumuz Məhəmməd Abdullayev isə dünya çempionatını bürünc medalla başa vurub. Belə ki, (+92 kq) çəki dərəcəsində mübarizə aparan “Baku Fight Lab”ın üzvü Yonas Yazeviçius (Litva), Vladan Babiç (Serbiya) və Narenderin (Hindistan) ardınca Davit Çaloyanla (Ermənistan) qarşılaşıb.

Yarımfinal görüşündə rəqib üstün olduğundan Məhəmməd dünya çempionatını 3-cü pillədə başa vurub.