Bakı 9˚C Rain

Boliviyada avtobus aşıb, azı 11 nəfər həlak olub

Hadisə 22:42 30 dek, 2022
Boliviyada avtobus aşıb, azı 11 nəfər həlak olub

Boliviyada avtobusun yoldan çıxaraq aşması nəticəsində azı 11 nəfər həlak olub.

Qazet.az xəbər verir ki, bu barədə “Deber” qəzeti məlumat yayıb.

Santa Kruz de la Sierra şəhərindən Saypin şəhərinə gedən avtobus sürücüsü idarəetməni itirərək yoldan çıxıb. Hadisənin səbəbləri hələ müəyyən edilməyib.

28 sərnişinə tibbi yardım göstərilib, onlardan 13-ü Santa Kruz departamentinin paytaxtında xəstəxanalara yerləşdirilib.