Bolqarıstan daha bir rus diplomatını persona non-qrata elan edib
Gündəm
10:59 03 apr, 2022
Rusiyalı diplomata Bolqarıstanı tərk etmək üçün 72 saat vaxt verilib
Bolqarıstan Xarici İşlər Nazirliyi Rusiyanın Sofiyadakı səfirliyinin birinci katibini "persona non-qrata" elan edib.
Qazet.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, nazirliyin Rusiya səfirliyinə təqdim etdiyi notada adı açıqlanmayan diplomatın Vyana Konvensiyasına zidd fəaliyyətlə məşğul olduğu qeyd edilir.
Bolqarıstanın Baş Prokurorluğu rusiyalı diplomatın fəaliyyətinə nəzarət edildiyini, onun ölkənin milli təhlükəsizliyinə aid məxfi məlumatların toplanması ilə məşğul olduğunu bildirib.
Rusiyalı diplomata Bolqarıstanı tərk etmək üçün 72 saat vaxt verilib.
Qeyd edək ki, martın 18-də Bolqarıstan Rusiyanın 10 diplomatını "persona non-qrata" elan edib.