Bakı 5˚C Showers

Bolqarıstan İstanbuldakı terror aktında iştirak edənlərdən birini Türkiyə tərəfinə verib

Gündəm 06:00 11 yan, 2023
Bolqarıstan İstanbuldakı terror aktında iştirak edənlərdən birini Türkiyə tərəfinə verib

Bolqarıstan hakimiyyəti 2022-ci il noyabrın 13-də İstanbulda İstiqlal küçəsində törədilən terror aktında əli olmaqda şübhəli bilinən şəxsi Türkiyə hüquq-mühafizə orqanlarına təhvil verib.

Qazet.az xəbər verir ki, bu barədə çərşənbə günü T24 telekanalına müsahibəsində Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

"Bilal Həssəni (hücumun planlaşdırılmasında iştirak edirdi - red.) Ədirnə vilayətindən götürüb xaricə aparan bu şəxsin (Xəzni Gölgə - red.) Bolqarıstanda olduğunu müəyyən etdik. Biz bu məsələni Bolqarıstan tərəfi ilə müzakirə etdik. Saat 18:00 radələrində [çərşənbə axşamı] o, Ədirnədə bizə təhvil verildi", - deyə nazir bildirib.

 

Türkiyəli nazir Sofiyaya göstərdiyi köməyə görə minnətdar olduğunu qeyd edib.