Bakı 8˚C Showers

Bolqarıstan Kiyevdəki səfirliyinin işini bərpa edib

Xəbərlər 20:48 12 sen, 2022
Bolqarıstan Kiyevdəki səfirliyinin işini bərpa edib

Bolqarıstanın Kiyevdəki səfirliyi sentyabrın 12-də işini bərpa edib.

Qazet.az TASS-a istinadən xəbər verir ki, bu barədə Bolqarıstan Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.

“Sentyabrın 12-dən Kiyevdəki səfirliyin işini bərpa etməsi Bolqarıstanın Ukraynaya güclü dəstəyinin növbəti göstəricisidir. Ukraynaya, o cümlədən ölkənin müharibədən qaçan vətəndaşlarına hər cür yardımı davam etdirən ölkəmiz Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, o cümlədən ərazi sularında müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir”, - məlumatda deyilir.

Bolqarıstan səfirliyi bu mərhələdə məhdud tərkibdə işləyəcək, ona müvəqqəti idarəçi rəhbərlik edir. Konsulluq xidməti də məhdud tərkibdə işləyəcək, məhdud sayda xidmət göstərəcək, Bolqarıstanla rabitə kanalları tam bərpa edildikdən sonra isə tam fəaliyyətə başlaya biləcək.