Bolqarıstan Rusiyanı ittiham etdi - SƏBƏB
Gündəm
02:16 17 okt, 2022
Bolqarıstan baş prokurorunun müavini Borislav Sarafov respublikanın hakimiyyət orqanlarının saytlarına baş vermiş kiberhücumun Rusiyadan təşkil olunduğunu bildirib.
Qazet.az TASS-a istinadən xəbər verir ki, haker hücumunu həyata keçirən konkret şəxs müəyyən edilib. Nazir hakerin Rusiyada olduğuna aydınlıq gətirib. Sarafov hücumun Maqnitoqorskdan edildiyinə aydınlıq gətirib.
Hücumlara görə məsuliyyəti Rusiyanın “KillNet” qrupunun hakerləri öz üzərinə götürüb.
Qeyd edək ki, ümumilikdə Bolqarıstanda prezidentin, hökumətin, Maliyyə, Müdafiə, Səhiyyə, Ədliyyə, Daxili İşlər və Kəşfiyyat Nazirliklərinin, elektron hökumətin, Konstitusiya Məhkəməsinin saytı bloklanıb.