Bolqarıstan səfiri Türkiyə XİN-inə çağırıldı
Gündəm
16:23 19 noy, 2021
Görüşdə Türkiyənin məsələ ilə bağlı rəsmi mövqeyi qarşı tərəfin diqqətinə çatdırılıb.

Türkiyə xarici işlər nazirliyi Ankaranın Bolqarıstanda keçirilən seçkilərə müdaxilə etməsilə bağlı iddiaları təkzib edib.
Qazet.az xəbər verir ki, Bolqarıstan səfiri Xristov Çolakov səsləndirilən ittihamlara aydınlıq gətirilməsi üçün XİN-ə çağırılıb.
Bolqarıstan hökuməti Türkiyəni bu ölkənin daxili işlərinə, prezident və parlament seçkilərinə müdaxilə etməkdə, bolqar seçicilərə təzyiq göstərməkdə günahlandırıb.
Türkiyə xarici işlər nazirinin müavini Faruq Qaymaqçı Bolqarıstan səfiri ilə görüşdə ölkəsinin bütün bu iddiaları rədd etdiyini bildirib.