Bolqarıstanın hazırkı prezidenti Radev seçkilərin ikinci turunda qalib gəlib
Siyasət
13:15 22 noy, 2021
Sosioloqlar rekord dərəcədə aşağı seçici fəallığını qeyd edib
Bolqarıstanın hazırkı prezidenti Rumen Radev bazar günü keçirilən prezident seçkilərinin ikinci turunda qalib gəlib.
Beləliklə, Radev təxminən 64% səs toplayıb. Onun rəqibi Anastas Gerdjikov 34% səs toplayıb.
Qazet.az xəbər verir ki, "Gallup International"-ın məlumatına görə, Radev 65,7% səs toplayıb. “Alpha Research”-in məlumatına görə isə, onu seçicilərin 63,7%-i dəstəkləyib.
Sosioloqlar rekord dərəcədə aşağı seçici fəallığını qeyd edib.
“İnsanlar seçkilərdən, pandemiyadan, manipulyasiyalardan və təşkil edilmiş qalmaqallardan yorulublar. Bizim səsvermənin ilk turunda böyük qələbəmiz bir çox insanı sakitləşdirdi.” - Radev bildirib.