Bolqarıstanın qaz istehlakında Azərbaycan qazının payı açıqlandı
Biznes
23:44 21 okt, 2022
Bolqarıstanda təbii qazın daxili istehlakının təxminən üçdə bir hissəsi Azərbaycan qazının nəql olunduğu Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) vasitəsilə təmin olunur.
Bu barədə Qazet.az-a bu gün ICGB operator şirkətindən bildiriblər.
“İnterkonnektorun ilkin buraxılış gücü ildə 3 milyard kubmetr təşkil edir və bunun yarısından çoxu 25 illik müqavilələrlə rezerv olunub. Qalan həcmlər Avropanın iki aparıcı hərrac məkanı olan PRISMA və RBP-də təklif olunur”.
Xatırladaq ki, Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) oktyabrın 1-dən istifadəyə verilib.