Bakı 9˚C Intermittent clouds

Bolşoy Teatrın məşhur balerinası vəfat etdi

Gündəm 08:12 06 iyl, 2022

Boquslavskaya Moskvada keçirilən Ümumittifaq Balet Müsabiqəsinin laureatı (1956), Gənclərin və Tələbələrin Ümumdünya Festivalının laureatıdır

Bolşoy Teatrın məşhur balerinası vəfat etdi

Rusiya Dövlət Akademik Böyük Teatrının (GABT) keçmiş balerinası, professor, Rusiya Federasiyasının Əməkdar artisti Alla Boquslavskaya 89 yaşında vəfat edib.

"Qazet.az" xəbər verir ki, bu barədə Teatrın mətbuat xidməti məlumat yayıb. 

Alla Boquslavskaya 1932-ci il noyabrın 17-də Moskvada anadan olub. Moskva Xoreoqrafiya Məktəbini, eləcə də GİTİS-i teatrşünaslıq ixtisası üzrə bitirib. 1951-1974-cü illərdə Bolşoy Teatrında işləyib. 1974-1987-ci illərdə Moskva Xoreoqrafiya Məktəbində, 1987-1989-cu illərdə GİTİS-də, 1992-ci ildən Yeni Humanitar Universitetinin Rəqs Akademiyasında dərs demişdir. Ali xoreoqrafik təhsil müəssisələri üçün ilk caz rəqs proqramının yaradıcısı kimi tanınır. Tələbələri arasında Gediminas Taranda, Qalina Stepanenko, Gennadi Yanin var.

Boquslavskaya Moskvada keçirilən Ümumittifaq Balet Müsabiqəsinin laureatı (1956), Gənclərin və Tələbələrin Ümumdünya Festivalının laureatıdır (1957). 2014-cü ildə milli mədəniyyət və incəsənətin, televiziya və radio yayımının inkişafındakı xidmətlərinə, uzun illər səmərəli fəaliyyətinə görə Rusiya Federasiyasının əməkdar artisti fəxri adına layiq görülüb.