Bakı 6˚C Dreary

Boltondan S-400 xəbərdarlığı: Türkiyə də tələb edəcək

Gündəm 16:45 13 noy, 2021

Rusiyadan silah satışı ilə bağlı sanksiyalardan imtina Vaşinqtonda adi hala çevrilərsə, problem daha da böyüyəcək

Boltondan S-400 xəbərdarlığı: <span style="color:red">Türkiyə də tələb edəcək</span>

ABŞ-ın Hindistana qarşı S-400-lə bağlı sanksiyasını ləğv etməsi Türkiyə və digər ölkələrdə də oxşar tələblər yarada bilər.

Qazet.az xəbər verir ki, bunu “Hill” qəzetinə açıqlamasında ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton deyib.

O qeyd edib ki, Rusiyadan silah satışı ilə bağlı sanksiyalardan imtina Vaşinqtonda adi hala çevrilərsə, problem daha da böyüyəcək:

“Əgər Ərdoğan qarşıdan gələn seçkilərdə hakimiyyətdən gedərsə, Türkiyə də güzəşt tələb edə bilər”.