Bakı 3˚C Sunny

Borca görə axtarışda olan 89 nəfər saxlanılıb

Hadisə 10:29 17 dek, 2022
Borca görə axtarışda olan 89 nəfər saxlanılıb

Dekabrın 16-da ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

DİN-dən Qazet.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 107, o cümlədən borclu şəxs qismində axtarışda olan 89 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.