Bakı 3˚C Intermittent clouds

Boris Conson kraliçadan üzr istədi

Gündəm 09:16 15 yan, 2022

Bundan əvvəl Boris Conson 2020-ci ilin mayında lokdaun dövründə keçirilən şənliklərə görə ictimaiyyətdən üzr istəyib.

Boris Conson kraliçadan üzr istədi

Böyük Britaniyanın Baş naziri Boris Consonun ofisi kraliça II Yelizavetadan  əri, hersoq Filip Mauntbettenin dəfnindən bir gecə əvvəl keçirilən ziyafətə görə rəsmi üzr istəyib.

"Qazet.az" xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

“Bunun milli matəm günündə baş verməsindən çox təəssüflənirik. Biz ictimaiyyətin qəzəbini indi başa düşürük”, - deyə Consonun sözçüsü Ceymi Devis bildirib.

Ziyafət 2021-ci il aprelin 16-da Böyük Britaniya hökumətinin iki əməkdaşının getməsi şərəfinə baş tutub. Hökumət məmurları Dauninq-stritin yaxınlığındakı mağazadan sərtiçkilər alaraq yüksək səslə musiqi dinləyib, əşyaları sındırıb. 

Bundan əvvəl Boris Conson 2020-ci ilin mayında lokdaun dövründə keçirilən şənliklərə görə ictimaiyyətdən üzr istəyib.