Bakı 5˚C Showers

Borrel: “Rusiya NATO-dan tələblərinə konkret imtina cavabı aldı”

Gündəm 12:58 14 yan, 2022

Bu sözləri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Cozef Borrell deyib

Borrel: “Rusiya NATO-dan tələblərinə konkret imtina cavabı aldı”

“Rusiyanın NATO-nun genişlənməməsi ilə bağlı tələbləri “konkret imtina” ilə nəticələnib”.

Qazet.az xəbər verir ki, bu sözləri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Cozef Borrell deyib.

Onun sözlərinə görə, avropalılar bu fikri dəstəkləyir.

“Söhbət olduqca konkret tələblərdən gedir. Hansı ki, bu tələblər də konkret imtina ilə qarşılanıb. Məsələ bizim Ukraynanın NATO üzvü olmasını istəyib istəməməyimizdən asılı deyil. Biz istəmirik ki, suveren dövlətlərə müəyyən qərarları qəbul edə bilməyəcəkləri barədə göstəriş olsun”, - deyə o bildirib.

Mənbə: RİA Novosti