Bakı 4˚C Windy

Borrell: Nüvə zərbəsi zamanı Rusiya ordusu məhv ediləcək

Gündəm 23:56 13 okt, 2022
Borrell: Nüvə zərbəsi zamanı Rusiya ordusu məhv ediləcək

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel Rusiyanın Ukraynaya qarşı nüvə silahından istifadə etməsi Rusiya ordusunu məhv edəcək cavabla nəticələnəcək.

Qazet.az xəbər verir ki, bu barədə Rudiya mətbuatı yazır.

“Nüvə təhlükəsi hələ də var və Putin deyir ki, o, blef etmir. Onun blef etməyə imkanı yoxdur. Və aydın olmalıdır ki, Ukraynanı, Avropa Birliyini və üzv dövlətləri, ABŞ və NATO-nu dəstəkləyən insanlar da blef etmirlər. Ukraynaya hər hansı nüvə hücumu isə cavab reaksiyası ilə nəticələnəcək, nüvə cavabı deyil, hərbi tərəfdən o qədər güclü cavab olacaq ki, Rusiya ordusu məhv ediləcək”.