Bakı 2˚C Partly sunny

Bosfor boğazı hər iki istiqamətdə gəmilərin keçidinə bağlandı

Gündəm 11:15 03 yan, 2023
Bosfor boğazı hər iki istiqamətdə gəmilərin keçidinə bağlandı

Bosfor boğazı hər iki istiqamətdə gəmilərin keçidinə bağlanıb.

Qazet.az hurriyet.com-a istinadən xəbər verir ki, buna səbəb sözügedən ərazinin müəyyən hissəsində duman sıxlığı müşahidə olunması olub.

Sahil Təhlükəsizliyi Baş İdarəsinin saytında edilən məlumatda, 06:46-dan etibarən boğazın hər iki istiqamətdə gəmi keçidlərinin bağlandığı bildirildi.

İstanbulda təsirli olan duman səbəbiylə bəzi bərə reysləri də ləğv edilib.