Bakı 18˚C Partly sunny w/ showers

Bosniya və Herseqovinanın müdafiə naziri ilə görüş keçirildi

Siyasət 15:18 06 sen, 2022
Bosniya və Herseqovinanın müdafiə naziri ilə görüş keçirildi

Sentyabrın 6-da müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2022" dördüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün ölkəmizə gələn Bosniya və Herseqovina Respublikasının müdafiə naziri cənab Sifet Podçiç ilə görüşüb.

Qazet.az xəbər verir ki, görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə qarşılıqlı səfərlərin təşkili və digər məsələlər müzakirə edilib.