Böyük Britaniya altı Çin diplomatını ölkədən qovur
Siyasət
07:50 15 dek, 2022
Britaniya hakimiyyəti tərəfindən baş konsul da daxil olmaqla, altı çinli diplomatın ölkədən çıxarılması barədə qərar qəbul edilib.
Bu barədə Britaniyanın xarici işlər naziri Ceyms Kleverli dekabrın 14-də sosial şəbəkələ səhifəsində bildirib.
Qərar oktyabrın 16-da Mançesterdəki Çin Baş Konsulluğunda baş verən insidentdən sonra verilib. Həmin gün Honq-Konqdan olan onlarla fəal baş konsulluğun binası yaxınlığında etiraz aksiyası keçirib, nümayişçiləri dağıtmaq üçün binadan bir neçə mühafizəçi çıxıb, etirazçılardan birini konsulluğa sürükləyiblər. Polisin məlumatına görə, nümayişçi yaralanıb.