Bakı 13˚C Mostly sunny

Böyük Britaniya Azərbaycana bu sahədə yardım göstərir

Multimedia 13:42 31 okt, 2022
Böyük Britaniya Azərbaycana bu sahədə yardım göstərir

Cari ilin yanvar-sentyabr aylarında “Azərkosmos” tərəfindən dünyanın 38 ölkəsinə 19,3 mln. dollar dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

Qazet.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaydığı məlumata istinadən xəbər verir ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 82%-ni təşkil edib. 2022-ci ilin sentyabr ayında isə “Azərkosmos” dünyanın 35 ölkəsinə 2,1 mln. dollar dəyərində xidmət ixrac edib.

Qeyd olunan dövrdə peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 5 mln. dollar ilə Birləşmiş Krallıq, 3,9 mln. dollar ilə Fransa, 3,3 mln. dollar ilə Lüksemburq, 1,8 mln. dollar ilə BƏƏ və 1,1 mln. dollar ilə Pakistan qərarlaşıb.

#

Vüsal Nəbiyev