Böyük Britaniya dəmiryolları beş günlük tətil edəcək
Çərşənbə axşamı Böyük Britaniyada dəmir yolu işçilərinin beş günlük tətili başlayır. Çoxgünlük tətilin başlanğıcı Böyük Britaniyada Milad və Yeni il bayramlarının başa çatdığı vaxta təsadüf edir.
Qazet.az-ın “Daily Mail”ə istinadən verdiyi xəbərə görə, Britaniyanın dəmir yolu, dəniz və nəqliyyat həmkarlar ittifaqı RMT bildirib ki, 40 minə yaxın əməkdaş yanvarın 3-dən işə gəlməyəcək. Təşkilat maaşların artırılmasını və işçilərin ixtisardan qorunmasını tələb edir. Bu tətil nəticəsində təxminən 62.000 qatar reysi ləğv edilə bilər.
Yanvarın 5-də Elektrik Lokomotivçiləri və Yanğınsöndürən Maşinistlərin Birləşmiş Cəmiyyəti üzvlərinin təşkilatçılığı ilə etiraz aksiyası keçiriləcək.
Bu tətil nəticəsində daha 18 min reysin ləğv ediləcəyi təxmin edilir.