Bakı -3˚C Rain and snow

"Böyük Britaniya erməni soyqırımını heç vaxt tanımayacaq" - Deputat

Siyasət 13:28 12 noy, 2021

Parlamentari Birləşmiş Krallıq Parlamentinin və hökumətinin bu məsələdə rəsmi mövqeyi dəyişmədiyini söyləyib

"Böyük Britaniya erməni soyqırımını heç vaxt tanımayacaq" - <span style="color:red">Deputat</span>

Bakıda səfərdə olan Böyük Britaniya Parlamentinin İcmalar Palatasının Azərbaycanla dostluq qrupunun rəhbəri Bob Bləkmən mətbuat konfransı keçirib.

Qazet.az xəbər verir ki, Bləkmən jurnalistin qondarma soyqırımla bağlı sualını cavablandırıb:

"İstəməzdim ki, Birləşmiş Krallıq Parlamentinin mürəkkəb işini qısa zaman kəsiyində sizə izah edim. Sadəcə onu deyə bilərəm ki, Azərbaycan üzrə parlament dostluq qrupu olduğu kimi Ermənistan dostluq qrupu da mövcuddur. Britaniya parlamentində qayda var ki, istənilən millət vəkili istənilən təklif irəli sürə, istənilən məsələni müzakirəyə qoya bilər. Hətta bunu hər hansısa qanunvericilik tətbiqi formasında da edə bilər. Lakin bu qanunvericilik təklifi heç vaxt daimi olmayacaq. Sadəcə bu müzakirə platformasına çevrilmək üçün edilə bilər. Bəli, Azərbaycana gəldikdə eşitdik ki, həftənin 2-ci günü cənab loton erməni soyqırımı adlandırılan hadisələrin rəsmi olaraq tanınmasını istəyib. Demokratik qaydalara uyğun olaraq ona vaxt verildi, o da öz təklifini verdi. Lakin bunun heç bir praktiki nəticəsi yoxdur. Bu sadəcə Britaniya parlamentinin bir qaydasıdır. Biz Azərbaycana gələndən sonra bu suallar tərəf müqabillərimiz tərəfindən verilmişdi. Biz onlara izah etdik ki, istənilən məsələ qaldırıla bilər. Britaniya parlamentində dünyada baş verən hadisələrlə maraqlanırıq. Bunun rəsmi siyasətə birbaşa təsiri yoxdur. Əmin ola bilərsiniz ki, Birləşmiş Krallıq Parlamentinin və hökumətinin bu məsələdə rəsmi mövqeyi dəyişməyib".

Böyük Britaniya Parlamentinin İcmalar Palatasının Azərbaycanla dostluq qrupunun rəhbəri Bob Bləkmən qeyd edib ki, bunun rəsmi siyasətə birbaşa təsiri yoxdur. Birləşmiş Krallıq Parlamentinin və hökumətinin bu məsələdə rəsmi mövqeyi dəyişməyib.

Mənbə