Bakı 19˚C Mostly sunny

Böyük Britaniyada meymunçiçəyinin yeni ştamı tapıldı

Xəbərlər 07:32 03 sen, 2022
Böyük Britaniyada meymunçiçəyinin yeni ştamı tapıldı

Böyük Britaniyalı həkimlər meymunçiçəyinin yeni ştamına yoluxma halı aşkar ediblər.

Qazet.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

İlkin məlumata görə, Liverpul Kral Universitetinin xəstəxanasına çatdırılan yoluxmuş şəxs bu yaxınlarda Qərbi Afrika ölkələrindən birinə səfər edib.

Qeyd olunub ki, söhbət Böyük Britaniyada müşahidə olunan cari epidemiya üçün xarakterik olmayan ştamdan gedir.

Ümumilikdə, sentyabrın əvvəlinə Böyük Britaniyada 3,4 min meymunçiçəyinə yoluxma hadisəsi aşkar edilib.