Bakı 23˚C Mostly cloudy

Böyük Britaniyanın hava limanlarında rekord sayda reys ləğv edilib

Gündəm 17:32 14 iyl, 2022

Bu barədə TASS məlumat verib

Böyük Britaniyanın hava limanlarında rekord sayda reys ləğv edilib

Böyük Britaniyanın hava limanlarında, ilk növbədə Londonun Hitrou və Qatvik hava limanlarında rekord sayda reys təxirə salınıb. 

Qazet.az xəbər verir ki,  bu barədə TASS məlumat verib. Aviaşirkətlərin hava limanlarında yaranan xaosun əsas səbəbi işçi çatışmazlığıdır. Koronavirus pandemiyası zamanı on minlərlə işçi işdən çıxarıldığı üçün indi bu vakansiyaları doldurmaq çətindir. Vəziyyət maaşların artırılması və iş şəraitinin yaxşılaşdırılması tələbi ilə hava limanının işçiləri və uçuş heyətlərinin davam edən tətilləri ilə daha da ağırlaşır.