Böyük Britaniyanın müdafiə naziri Səudiyyə Ərəbistanı rəsmiləri ilə görüşüb
Böyük Britaniyanın müdafiə naziri Ben Vallas Səudiyyə Ərəbistanında səfərdədir
Böyük Britaniyanın müdafiə naziri Ər-Riyada səfəri zamanı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və xarici işlər naziri ilə görüşərək bölgədəki vəziyyəti müzakirə edib.
Qazet.az ərəb mediasına istinadən xəbər verir ki, Böyük Britaniyanın müdafiə naziri Ben Vallas Səudiyyə Ərəbistanının vəliəhdi və müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz ilə görüşüb.
Görüş zamanı tərəflər, xüsusilə, müdafiə sahəsində birgə əməkdaşlıq sahələrini, həmçinin regional və beynəlxalq məsələləri müzakirə ediblər.
İclasda müdafiə nazirinin müavini Xalid bin Salman bin Əbdüləziz və Səudiyyə Ərəbistanının milli təhlükəsizlik müşaviri Məsaed bin Məhəmməd Əl-Əyban da daxil olmaqla bir sıra rəsmilər iştirak edib.
Böyük Britaniyanın müdafiə naziri Ər-Riyadda Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan bin Abdulla ilə də görüşüb.
Danışıqlarda iki ölkə arasında dostluq münasibətləri və birgə əməkdaşlıq, müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsi yolları, regional və beynəlxalq mövzular barədə danışılıb.