Bakı 12˚C Partly sunny

Böyük Britaniyanın səfirliyində bayraqlar endirilib

Siyasət 09:15 09 sen, 2022
Böyük Britaniyanın səfirliyində bayraqlar endirilib

Böyük Britaniya Kraliçası II Elizabetin vəfatı ilə əlaqədar Britaniyanın Azərbaycandakı səfirliyində bayraqlar endirilib.

Bu barədə Qazet.az-a Britaniya səfirliyindən bildirilib.

Qeyd olunub ki, Kraliçanın vəfatı ilə əlaqədar həm səfirin iqamətgahında həm də səfirlikdə bayraqlar endirilib.

Britaniyanın Azərbaycandakı səfiri Fergus Ould da bununla bağlı "Tvitter" hesabında paylaşım edib.

Xatırladaq ki, Kraliça II Elizabet sentyabrın 8-də vəfat edib.