Bakı 15˚C Sunny

Böyük Dəbilqə: Daha bir cüdoçumuz medal qazandı

İdman 22:41 06 noy, 2021

 “Böyük dəbilqə” turnirinin ikinci günündə daha bir cüdoçumuz bürünc medal qazanıb

Böyük Dəbilqə: Daha bir cüdoçumuz medal qazandı

Bakıda keçirilən “Böyük dəbilqə” turnirinin ikinci günündə daha bir cüdoçumuz bürünc medal qazanıb.

Qazet.az xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində çıxış edən Elcan Hacıyev komanda yoldaşı Hasil Cəfərovu vazari xalı ilə məğlub edərək üçüncü yeri tutub.

Qeyd edək ki, bu gün keçirilən yarışda cüdoçumuz Hidayət Heydərov (73 kq) da üçüncü yeri tutub.

Xatırladaq ki, yarışın birinci günündə təmsilçilərimiz Orxan Səfərov (66 kq) qızıl, İçinxorloo Muntsxedev (57 kq) gümüş, Rövşən Əliyev (60 kq) isə bürünc medal qazanıblar.

Heydər Əliyev adına İdman Kompleksində təşkil olunan “Böyük dəbilqə” turnirinə noyabrın 7-də yekun vurulacaq. İyirmi doqquz ölkədən 200-ə yaxın cüdoçunun iştirak etdiyi mötəbər yarışda Azərbaycan geniş heyətlə - 33 cüdoçu ilə təmsil olunur.