Bakı 31˚C Sunny

Braziliya Almaniya konsulunu qətldə şübhəli bilərək həbs edib

Gündəm 08:55 07 avq, 2022

Polisin fikrincə, ölüm başın arxasındakı kəllə-beyin travması nəticəsində baş verib

Braziliya Almaniya konsulunu qətldə şübhəli bilərək həbs edib

Braziliyanın Rio-de-Janeyro şəhərində polis Almaniya konsulu Uve Herbert Hannı belçikalı əri Valter Henri Maksimilyen Biotu öldürməkdə şübhəli bilinərək saxlayıb.

Qazet.az "Metropoles"ə istinadən xəbər verir ki, meyit cümə günü aşkar edilən zaman diplomat onun ölümünün səbəbinin eyni vaxtda külli miqdarda spirtlə yuxu dərmanı qəbulu ola biləcəyini bildirib. Lakin sonradan məhkəmə-tibb eksperti meyitin üzərində çoxsaylı xəsarət və qançırlar aşkar edib. Polisin fikrincə, ölüm başın arxasındakı kəllə-beyin travması nəticəsində baş verib.

Bundan əlavə, polis alman diplomatın öz katibindən mənzili təmizləməyi xahiş etdiyini müəyyən edib. Qadın hüquq-mühafizə orqanlarına bildirib ki, yaşayış yerində qan izləri tapıb.