Bakı 11˚C Windy

Braziliya əfsanəsi Peleyə bronxopnevmoniya diaqnozu qoyulub

Gündəm 02:54 02 dek, 2022
Braziliya əfsanəsi Peleyə bronxopnevmoniya diaqnozu qoyulub

Həkimlər əfsanəvi braziliyalı futbolçu Pelenin bronxopnevmoniya xəstəliyinə tutulduğunu üzə çıxarıblar. 

Qazet.az 
xəbər verir ki, bu barədə "Gazeta.ru" məlumat yayıb.

Mənbənin sözlərinə görə, bu diaqnoz bronxiolun divarlarının kəskin iltihabı ilə əlaqədar aşkarlanıb.

Xərçənglə mübarizə aparan Pelenin daha əvvəl ürək çatışmazlığı və şişlik səbəbindən xəstəxanaya yerləşdirildiyi bildirilirdi.

Braziliyalı Beynəlxalq Futbol Federasiyasının (FİFA) Futbol Komissiyasına görə 20-ci əsrin ən yaxşı oyunçusu seçilib. O, karyerası ərzində 1363 matçda 1289 qol vurub.

1999-cu ildə Beynəlxalq Olimpiya Komitəsi (BOK) heç vaxt olimpiadalarda iştirak etməməsinə baxmayaraq, Peleni əsrin ən böyük idmançısı adlandırdı.

Bundan əvvəl Pelenin qızı Kelli Nasimento atasının planlaşdırılmamış xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbərlərə münasibət bildirib.