Braziliya klubu 36 yaşlı tanınmış futbolçu ilə müqaviləni uzadıb
İdman
22:50 16 dek, 2022
Braziliyanın "Atletiko Mineyro" komandası futbolçusu Halkla müqaviləni uzadıb.
Qazet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı hücumçu ilə 1,5+1 illik yeni sözləşmə imzalanıb.
Təcrübəli forvardın komandası ilə hazırkı müqaviləsi 2024-cü il dekabrın 31-də başa çatmalı idi.
Qeyd edək ki, Halk bu il "Atletiko Mineyro"nun heyətində bütün turnirlərdə 46 oyuna 29 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.