Braziliya millisinin baş məşqçisi istefa verib
İdman
00:56 10 dek, 2022
![Braziliya millisinin baş məşqçisi istefa verib](https://qazet.az/resized/fit900x500/center/pages/130420/3a16e058-1039-3d86-b41d-01ea692380e5-850.jpg)
Braziliya millisinin baş məşqçisi Tite istefa verib.
Qazet.az-ın məlumatına görə, 61 yaşlı mütəxəssis Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsində Xorvatiya ilə oyundan sonra postunu tərk etdiyini açıqlayıb.
O, bu qərarı öncədən verdiyini bildirib: “Mənim dövrüm bitdi. Bunu bir il yarım əvvəl demişəm. Sözümün ağasıyam”.
Braziliya yığması DÇ-2022-də 1:1 hesabı ilə başa çatan qarşılaşmanın penaltilər seriyasında Xorvatiyaya (2:4) məğlub olub.
Qeyd edək ki, Tite 2016-cı ildən Braziliya millisini çalışdırıb.