Bakı 26˚C Partly sunny

Braziliyada ağır yol qəzası olub, ölənlər və xəsarət alanlar var

Gündəm 00:11 01 okt, 2021

Hadisənin başvermə səbəbi müəyyənləşdirilir.

Braziliyada ağır yol qəzası olub, ölənlər və xəsarət alanlar var

Braziliyanın Mundu-Novu bələdiyyəsi ərazisində baş verən ağır yol qəzasında azı 12 nəfər həlak olub.

Qazet.az xəbər verir ki, bu barədə “Prensa Latina” agentliyi məlumat yayıb.

Qeyd edilir ki, ağac daşıyan yük avtomobili qarşıdan gələn sərnişin avtobusu və furqonla toqquşub. Qəza nəticəsində daha 22 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan 6-sı ağır vəziyyətdədir.

Qəzanı törədən yük avtomobilinin sürücüsü hadisə yerindən qaçaraq gizlənib. Polis onun axtarışlarına başlayıb.

Hadisənin başvermə səbəbi müəyyənləşdirilir.